Xəbərlər 05.03.2024 12:40 1120

"Aprel" şəhidimiz Samir Kaçayevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Samir Kaçayev 5 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2011-2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. O, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı 2 aprel tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Samir Kaçayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı