Xəbərlər 17.03.2024 19:08 2164

2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı

Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı

 

2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı (#NovruzFest) keçirildi.
Martın 17-də, Lənkəran şəhər Heydər Əliyev xatirə parkında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirinin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ülviyyə Əliyeva, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edib, daha sonra isə qonaqlar Gənclər evlərinin Novruz sərgisi ilə tanış oldular.
Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən şəkildə bəzədilən festival ərazisində respublikamızın 32 Gənclər evinin Novruz sərgisi, Lənkəran Gənclər evinin qarşısında yerləşən ərazidə Novruz səhnəsi, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor, musiqi və tanınan müğənnilər tərəfindən ifalar, nümunəvi idman çıxışları və dronlarla hazırlanan şou nümayiş etdirildi. 
3000-dən çox insanın qoşulduğu festivala Gənclər Paytaxtının maskotları olan simvolik limon və çay da rəng qatdı.
Festivalın təşkilində məqsəd milli mədəniyyət və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliği, yaşadılması, region gənclərinin sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə vermək, eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.

 

Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı