Xəbərlər 16.04.2024 16:55 1259

“Məşğulluğa Dəstək Layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” üzrə artıq 15 mindən çox benefisiar kiçik bizneslərini qurmaq üçün müvafiq avadanlıqlarla təmin edilib.

 

Bu barədə Nazirlikdə Dünya Bankının həmin layihə üzrə missiyası ilə keçirilən görüşdə qeyd olunub.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplardan olan, işsiz kimi qeydiyyata alınmış şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsində “Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini vurğulayıb.

 

Bu layihənin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə mühüm dəstək olduğu, layihənin 22 min şəxsi əhatə etməsinin nəzərdə tutulduğu bildirilib.

 

Bildirilib ki, layihə çərçivəsində biznes təlimlərlə yanaşı, mentorluq xidmətlərinin icrasına da başlanılıb. “Məşğulluğa Dəstək Layihəsi” barədə məlumatlılıq səviyyəsinin artırılması üçün Bakı və bölgələrdə ardıcıl olaraq ictimai dinləmələr keçirilir.

 

Görüşdə Layihə üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı