Xəbərlər 16.04.2024 21:32 1154

Bakı şəhərinin bütün rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə start verilib.

QHT.az xəbər verir ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələsindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və onların idmana olan marağının artırılmasıdır.

Yarışlar Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın müxtəlif yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini futbol stadionlarında keçirilir. Olimpia sistemi üzrə təşkil olunan turnirdə, ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edir.

Aprelin 20-nədək paytaxt rayonlarında davam eədəcək birinci turun qalibləri Bakı şəhər mərhələsində yarışacaqlar. Turnirə mayın 3-də final oyunları ilə yekun vurulacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı