Xəbərlər 19.03.2024 00:47 2406

Quraqlıq Zambiyada elektrik enerjisinin çatışmazlığına səbəb olur

Zambiya hakimiyyət orqanları ölkədə davam edən quraqlıq səbəbindən elektrik enerjisi normasını tətbiq edib.

QHT.az xəbər verir ki, ölkə üzrə istehlakçılar sutkada səkkiz saat işıqsız qalırlar. Fevralın 29-da Zambiya güclü quraqlıq səbəbindən milli fəlakət elan edib. Ölkə prezidenti Hakainde Hiçilemanın sözlərinə görə, əkin sahələrinin 45%-ə qədəri məhv edilib.

Yağışların olmaması Zambiyanın ən böyük su elektrik stansiyası olan Karibada hasilatın azalması səbəbindən elektrik enerjisi çatışmazlığına da səbəb olub. Onun payına ölkədə istehsal olunan bütün elektrik enerjisinin 80%-i düşür. Nəticədə hökumət işıqların kəsilməsinə başlamaq məcburiyyətində qaldı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı