Xəbərlər 16.04.2024 11:10 1155

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti obyektdə yanğın təhlükəsini aradan qaldırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

 

Bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 142A ünvanında yerləşən təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilib. Bu isə kiçik ehtiyatsızlıq və ya səhlənkarlıqdan yüksək yanma xassəsinə malik avtomobil şinlərində baş verə biləcək yanğının qısa müddətdə genişlənərək böyük fəsadlara səbəb olması riskini yaradır.

 

Göstərilən məsələ ilə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb.

 

Eyni zamanda, qeyd edilənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib, təkər tullantıları sahibkar tərəfindən ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı