Xəbərlər 16.04.2024 16:07 2730

Barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə debata hazırlıq- AÇIQLAMA

Bakı 9 saylı mediasiya təşkilatının Təşəbbüsü, Mediasiya Şurası ilə birgə təşkilatçılığı ilə “Barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə DEBAT” keçiriləcəkdir.

QHT.az bu barədə Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbəri Südabə Məmmədovadan açıqlama alıb. Onun sözlərinə görə, ölkəmizdə mediasiya institutu iki ildən artıqdır fəaliyyət göstərir: "Daim yeni, daha peşəkar mediatorlar yetişdirilir. Bu gün ən yaxşı, peşəkar mediatorun uğuru ondadır ki, tərəflər arasında barışıq sazişi deyilən bir sənəd imzalansın, yəni tərəflər öz mübahisələrini özləri həll eləsinlər və bu mübahisənin həlli də o barışıq sazişində öz əksini tapır. Görüşün məqsədi odur ki, daha keyfiyyətli barışıq sazişlərinin tərtib edilməsində hər bir mediatrın fikri müzakirə olunacaq ki, mükəmməl, ən yaxşı barışıq sazişlərini necə əldə edə bilirik Hər kəsin fikri öyrəniləcək, çünki bəzən mediatorlar tərəflərin istəyinə uyğun olaraq barışıq sazişinə istənilən bəndi istənilən maddəni yazırlar. Bu isə sabah o öhdəlik yerinə yetirilmədikdə, bu barışıq sazişi məhkəməyə gedib çıxanda artıq hakim də bilmir ki, bu barədə necə qərar versin, barışıq sazişi necə təsdiq olunsun.Barışıq sazişlərinin savadlı, hüquqi əsasında yazılmasının çox böyük önəmi var. Ona görə də bir mediator olaraq bu görüşdən, debatdan gözləntilərimiz çoxdur”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı