Maria Branyas uzunömürlülüyün sirrini paylaşır. Rekordçu elmi sınaqdan keçməyə razılıq verib.
QHT.az xəbər verir ki, elm adamları uzunömürlülüyün sirrini açmağa çalışmaq üçün dünyanın ən yaşlı adamını araşdırırlar. Tədqiqatçılar 116 yaşına qədər yaşamış “super nənənin” əla sağlamlığı ilə sözün əsl mənasında məəttəl qalıblar. Maria Branyas 1907-ci ildə San-Fransiskoda anadan olub, lakin səkkiz yaşında olanda İspaniyaya qayıdıb və Kataloniyada məskunlaşıb. Branyas sosial mediada "super katalon nənə" kimi tanınır. Ginnesin Rekordlar Kitabına görə, o, son 22 ildə Residencia Santa Maria del Tura qocalar evində yaşayır.
Rekordçu elmi sınaqdan keçməyə razılıq verib ki, bu da tədqiqatçılara neyrodegenerativ və ya ürək-damar xəstəlikləri kimi qocalıqla bağlı bəzi xəstəlikləri daha yaxşı başa düşməyə kömək edəcək. Yaşına baxmayaraq, onun eşitmə və hərəkət qabiliyyəti ilə bağlı xəstəliklər istisna olmaqla, səhhətində ciddi problem yoxdur. Eyni zamanda, qadının hələ də əla yaddaşı var. Qeyd olunur ki, Branyasın çətin həyatı olub. Qadın ABŞ-da olarkən zəlzələdən, böyük yanğından, hər iki dünya müharibəsindən, İspaniya vətəndaş müharibəsindən, ispan qripi pandemiyasından sağ çıxıb və ən son olaraq COVID-19-dan əziyyət çəkib. Elm adamları Branyasın fiziki cəhətdən "çox cavan" olduğunu irəli sürürlər: "Biz Marianın xronoloji yaşını bilirik - 116 il, lakin onun bioloji yaşını müəyyən etməliyik”.
Branyasdan tez-tez uzun ömür sürməsinin sirrinin nə olduğu soruşulur və o, uzunömürlülüyünü “nizamlı, sakit, ailə və dostlarla yaxşı əlaqələr, təbiətlə təmas, emosional sabitlik, çoxlu pozitivlik və narahatçılıq və peşmançılıq olmamalı, zəhərli insanlarla heç bir əlaqə saxlamamaq” ilə əlaqələndirir.
Pərvanə Fərhadqızı












