53 beynəlxalq humanitar qeyri-hökumət təşkilatı İsrailin beynəlxalq QHT-lər üçün tətbiq etdiyi yeni qeydiyyat qaydalarının Qəzza və İordan çayının qərb sahilində humanitar fəaliyyətə ciddi maneələr yaradacağını bəyan edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, birgə açıqlamada qeyd olunur ki, yeni qaydalar humanitar təşkilatların fəaliyyətini davam etdirməsini çətinləşdirə, zəruri tibbi və humanitar yardımın ehtiyac içində olan insanlara çatdırılmasını ləngidə bilər. Təşkilatlar bildirirlər ki, bu məhdudiyyətlər onsuz da ağır humanitar vəziyyət yaşayan mülki əhali üçün əlavə risklər yaradır.
Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti humanitar təşkilatların maneəsiz fəaliyyət göstərməsi üçün çağırış etməyə dəvət ediblər. Onların fikrincə, humanitar yardımın siyasi və inzibati maneələrdən kənar saxlanılması beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biridir.
Piranə Xasiyeva












