90 nəhəng Afrika ilbizi ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən keçən ayın sonunda Detroit Metropolitan Hava Limanında ələ keçirilib. İdarədən bildirilib ki, sərnişinin çantasından çıxan qəribə qoxu kənd təsərrüfatı mütəxəssislərinin diqqətini çəkib.
QHT.az xəbər verir ki, Qərbi Afrika ölkəsi Qanadan gələn sərnişin təzə qida məhsulları bəyan etdikdən sonra ikinci dərəcəli araşdırma üçün saxlanılıb. Sərnişin çantanı açmazdan əvvəl digər qadağan olunmuş əşyaları, o cümlədən mal ətinin qabığını və təzə bibəri qeyd edib, lakin nəhəng ilbizlərdən bəhs etməyib.
Gömrük rəsmilərinin sözlərinə görə, uzunluğu 3 ilə 6 düym arasında dəyişən Afrika ilbizləri sonradan ələ keçirilib. Onların fikrincə, ilbizlər istehlak üçün nəzərdə tutulub.
Pərvanə Fərhadqızı












