Yaponiyanın Kioto Universiteti və Sumitomo Forestry şirkəti ağacdan hazırlanmış ilk peyki olan LignoSat-ı hazırlayıblar.

QHT.az xəbər verir ki, bu peyk SpaceX raketi ilə bu il kosmosa buraxılacaq. Peykin hazırlanması dörd il çəkib və maqnoliya ağacından düzəldilib. Peykin ölçüləri 100 x 100 x 100 mm, divar qalınlığı isə 4-5,5 mm-dir.