Alimlər araşdırma apararaq sarımsaq yeməkdən sonra ağız qoxusundan xilas olmağın ən yaxşı yolunu müəyyən ediblər.

QHT.az xəbər verir ki, sarımsağın iyini öldürmək üçün ondan dərhal sonra qatıq yemək kifayətdir. Amerikalı tədqiqatçılar aşkar ediblər ki, adi qatıqda olan zülal qoxunu neytrallaşdırır və uzunmüddətli qoxulara səbəb olan kükürd əsaslı birləşmələri maneə törədir. Qatıq, çiy sarımsağın tərkibindəki xoşagəlməz qoxuya səbəb olan əsas uçucu birləşmələrin demək olar ki, hamısını (99 faiz) zərərsizləşdirdiyi deyilir. Qızardılmış sarımsağa gəldikdə, qatıq ondan gələn qoxu ilə mübarizədə daha az təsirli oldu, lakin ümidsiz deyil.

Qeyd edək ki, sarımsaq qoxusu ilə mübarizədə effektivliyi artıq sübut edilmiş qidalara kahı, alma, süd və nanə daxildir.

 

 

Pərvanə Fərhadqızı