Cənubi Afrikada astronomlardan ibarət bir qrup bir radioqalaktikada ulduz əmələ gətirən qazı tədqiq etməyə cəhd etdi. Ancaq bunun əvəzinə cəmi üç saat ərzində onlar qazla zəngin 49 yeni qalaktika kəşf etdilər.
QHT.az xəbər verir ki, tədqiqata rəhbərlik edən Qərbi Avstraliyadakı Curtin Universitetinin Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin tədqiqatçısı Marcin Glowacki 49 yeni qalaktikaları astronomlar üçün "qızıl külçələr" adlandırır: “Bu qədər qısa müddətdə 50-yə yaxın yeni qalaktika tapacağımı gözləmirdim, biz bu qalaktikaların hamısını tapa bildik və onların tərkibində olan qazı müəyyən edə bildik".
Yeni kəşf edilmiş 49 qalaktikanın bir çoxu bir-birinə yaxın yerləşərək qalaktika klasterləri əmələ gətirir.
Pərvanə Fərhadqızı












