Londonun ICE birjasında keçirilən hərraclardan sonra Avropada qazın birja qiymətləri 5 faiz ucuzlaşıb. 

QHT.az xəbər verir ki, ən aşağı nöqtədə Avropanın ən böyük Hollandiya TTF mərkəzi indeksi üzrə mart fyuçerslərinin dəyəri (ən yaxın) min kubmetr üçün 311,3 dollara (mənfi 5,3 faiz) düşüb.

Ticarət 312,2 dollar səviyyəsində bağlanıb.