Xocalı soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Əminik ki, sülhsevər dövlətlər və beynəlxalq qurumlar bu faciəyə beynəlxalq hüquqi qiymət verəcək.
QHT.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
“Azərbaycan müxtəlif dövrlərdə mərhələli şəkildə soyqırımlarına məruz qalıb. Xocalı faciəsi isə onların arasında ən dəhşətlisidir. Xocalı faciəsi dünya tarixində ən qanlı hadisələrdən biridir”, - deyən Aygün Əliyeva hələ də bu hadisəyə beynəlxalq hüquqi qiymət verilmədiyini vurğulayıb.












