25.01.2026-ci ildə “Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) 1998-ci ildən eyni gündə keçirilən ənənəvi 29-cu ümumi yığıncağı keçirilib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, iclasda AİİB-in 14 rayon nümayəndəliyindən və Bakı ofisindən olan şəxslər iştirak edib. Artıq 29 ildir ki, AİİB üzvləri ildə bir dəfədən az olmayan və AİİB-in nizamnaməsində nəzərdə tutulan ümumi yığıncağa toplaşıblar. Yığıncaqda 2025-ci ilin yekunlarına dair AİİB-in sədri Eyyub Hüseynovun illik hesabatı, Nəzarət təftiş komissiyasının sədrinin hesabatı, maliyyə hesabatı dinlənilmış və təşkilatı məsələyə baxılıb.
Ümumi yığıncaq AİİB-in idarə heyyətinin (İH) tərkibıni olduğu kimi saxlamış, Eyyub Hüseynov idarə heyyətinin sədri, Miryaqub Ələkbərov İH-nin sədr müavini, Nüsrət Qasımov, Habil İsgəndərov, Əlisəfa Mehdiyev idarə heyyətinin üzvləri təsdiq edilib.
Nəzarət təftiş komissiyasının (NTK)üzvlərinin tərkibində dəyişiklik olub. Karikatura ustası Seyran Cəfərli NTK-na üzv seçilib. TK-nın tərkibi elmlər doktoru, arxitektor İlqar Əliyev, Nizami Müsayevdən və Seyran Cəfərlidən ibarət 3 nəfər AİİB üzvlərindən ibarət tərkibdə seçiliblər.
İclas Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə reyestrdən çıxarış almaq üçün səlahiyyətli şəxs olaraq Eyyub Hüseynovu seçib.












