Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

 

QHT. az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib.

 

Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

 

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.