BMT Agentliklərinin rəhbərləri, BMT Könüllülərinin Avropa və MDB üzrə regional meneceri Rimma Sabayeva Azərbaycandakı BMT Könüllüləri ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə Beynəlxalq Könüllülər Günü münasibətilə BMT könüllülərinə sertifikatlar təqdim olunub.

Həmçinin, Bakıda 3 minə yaxın könüllünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva onları təbrik edib və ilin könülllülərini təltif edib.