“Bu gün Ukraynaya göndərilən yardımın ümumi dəyəri 1,5 milyon manatdan çoxdur”.
QHT. az “Report” -a istinadən xəbər verir ki, bunu Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.
Onun sözlərinə görə, buraya digər xərclər - malların çatdırılması, ödəniləcək vergilər də daxildir.
“Yardım Ukrayna tərəfinin istəyi əsasında onların zəruri ehtiyac hiss elədiyi şəhərlərə göndərilir”, - deyə nazirlik rəsmisi qeyd edib.
11:08
Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyası göndərir.
“Trend” xəbər verir ki, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınır.
Qeyd edək ki, Azərbaycandan Ukraynaya bir neçə dəfə humanitar yardım yola salınıb. Sonuncu dəfə humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarət olub. Eyni zamanda, Ukraynaya xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulmuş 20 ton yanacaq da göndərilib.












