BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Bərabər Hüquqlar Trastı (Equal Rights Trust) beynəlxalq təşkilatının birgə səyləri nəticəsində “Azlıqların hüquqlarının müdafiəsi. Ayrı-seçkiliyə aid qanunvericiliyin yaradılması üzrə praktiki Bələdçi” adlı vəsait çap edilib.
Bu barədə QHT.az-a Hüquq və İnsan Haqları İnstitutundan məlumat verilib.
Praktiki vəsaitin nəşr olunmasında məqsəd bərabərlik hüquqlarına və ayrı-seçkiliyə yol verilməməsi standartlarına hörmət etmək, onları qorumaq və yerinə yetirmək üçün əsas beynəlxalq hüquq öhdəliklərinə riayət olunması istiqamətində dövlətlərə yardımçı olmaqdır.
Bu praktiki vəsait ayrı-seçkiliyə aid tərtib oluna biləcək qanunun geniş məzmununu və əsas müddəalarını təfərrüatlı şəkildə müəyyən etməkdə kömək göstərir. Kitab bərabərlik hüquqları ilə bağlı mövcud beynəlxalq hüquqi standartlara əsaslanan ayrı-seçkiliyə aid qanunvericilik sənədlərinin hazırlanması üçün qanunvericilərə və vəkillərə müxtəlif alətlər və vasitələr təqdim edir.
Vəsaitin ingilis dilində versiyasını linkdən əldə edə bilərsiniz.












