Ötən gündən etibarən Gürcüstanın paytaxtı Tiflisdə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Eyrveys"in J2-9225 Bakı-Tiflis reysləri təxirə salınıb.

 

QHT. az  Axar.az-a istinadən  xəbər verir ki, məlumatı AZAL yayıb.

 

Məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tiflisə yola düşüblər.

 

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.