10 -12 mart tarixlərində Almaniya, Gürcüstan və Azərbaycanın bölgələrindən olan təhsil işçiləri üçün "Qafqazda yəhudi tarixini xatırlarkən" 3 günlük təlim seminarı keçirilib. Seminar boyunca iştirakçılar Azərbaycanda Yəhudi tarixi barədə öyrənərək yeni təlim alətləri ilə tanış olublar.
QHT.az xəbər verir ki, təlim seminarı Centropa tərəfindən Trans.Tarix proqramı çərçivəsində həyata keçirilib. Resource HUB proqramın Azərbaycandakı tərəfdaşıdır.
Təlim seminarın ilk günündə Resource HUB-ın direktoru Gülnara İsmailova, Yaradıcı İnkişaf Mərkəzi(Gürcüstan) Teona Dalakişvili və Sentropanın Proqram Meneceri Maksimilan von Şoeler iştirakçıları salamlayaraq, proqram barədə məlumat veriblər. Daha sonra İsraiilin və Almaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri çıxış edərək iştirakçıları salamlayıb, belə proqramların vacibliyini vurğulayıblar. Təlim seminarı səfirlik nümayəndələrinin iştirakı ilə panel müzakirə şəklində davam edib. Günün davamında tədqiqatçı Yulia Oreşina tərəfindən onlayn mühazirə təşkil olunub və Qafqazdakı yəhudi tarixi barədə məlumat verilibb. İştirakçılar günün sonunda Bakıda yerləşən Aşkenazi yəhudilərinin sinaqoqunda Şabbat mərasiminə qatılıblar.
Martın 11-də Azərbaycan və Gürcüstanda yaşayan yəhudilərin həyatına dair sənədli filmin premyerası baş tutub.












