Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

 

QHT. az bildirir ki,  bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.