Bakı Dövlət Universitetində (BDU) ABŞ-nin Mədəniyyət və Təhsil üzrə Nizamnaməli İnsititutunun (CCEI) prezidenti və Məsləhət Şurasının sədri Vasif Eyvazzadə ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə qonağa BDU-nun təhsil, elmi infransturkturu, beynəlxalq əlaqələri barədə məlumat verilib. BDU və CCEI arasında institusional potensialın artırılması, tələbə və professor-müəllim heyətinin dəstəklənməsi, peşəkar inkişaf sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Tələbə və əməkdaşların beynəlxalq sertifikatlı proqramlara qoşulma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda BDU və ABŞ-nin Mədəniyyət və Təhsil üzrə Nizamnaməli İnsititutu arasında anlaşma memorandumu imzalanıb.












