İllər əvvəl koronavirusa bənzər pandemiya ilə üzləşə biləcəyimizi açıqlayan və haqlı olan Bill Qeyts dünyanı gözləyən yeni təhlükəni açıqladı.
QHT.az xəbər verir ki, 2015-ci ildə Kovid-19-a bənzər epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Geyts yeni məlumatlar verdi.
2019-cu ilin son günlərində həyatımıza daxil olan Koronavirus (Kovid-19) qısa zamanda qlobal pandemiyaya səbəb olub və milyonlarla insanın həyatına son qoyub.
Koronavirusa qarşı ən böyük silah olaraq xarakterizə edilən peyvəndlərə verdiyi dəstəyi ilə tanınan Qeyts çoxlu çıxışlar etdi.
Korona epidemiyasında 1 milyondan çox ölümlə ABŞ ən çox ölüm sayına malik ölkədir, onu isə Braziliya və Hindistan izləyir.
Sidneydə keçirilən konfransda çıxış edən Qeyts dünya liderlərinə müraciət edib.
Xəbərə görə, Geyts növbəti pandemiyanın insan tərəfindən yaradılacağını və koronavirusdan çox daha qəddar ola biləcəyini söylədi.
Dünya liderlərinin fikir ayrılıqlarını bir kənara qoyub hazırlığa indidən başlamalı olduğunu vurğulayan Qeyts daha çox qlobal əməkdaşlığa çağırıb.
Qeyts, sözügedən ssenarinin reallaşacağı təqdirdə dünyaya iqtisadi bədəlinin 10 trilyon dollar olacağını vurğuladı.
Milyarder iş adamı, kabus ssenarisi kimi tanınan bu vəziyyətə hazır olmaq üçün hər beş ildən bir həm milli, həm də regional səviyyədə təlim keçirilməli olduğunu bildirib.












