Cənubi Afrikanın Azad Dövlətində uzun müddətdir davam edən su çatışmazlığına etiraz edən nümayişçilər bələdiyyə binasını yandırıblar.
QHT.az xəbər verir ki, Azad Ştat əyalətinin Tumahole rayonunda illərdir davam edən su kəsilməsindən şikayətçi olan insanlar təşkil etdikləri nümayişdən sonra bələdiyyə binasını yandırıblar.
Nümayişçilər yollara barrikadalar quraraq müdaxilə etməyə çalışan təhlükəsizlik qüvvələri ilə toqquşub. Bölgədəki bəzi müəssisələr mümkün talanlara qarşı panjurlarını bağladılar.
Azad Dövlət Əyalətinin Baş naziri Sisi Ntombela təmiz su təchizatındakı problemləri qəbul etdiklərini və vətəndaşları təmkinli olmağa çağırıb.












