Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə növbəti vətəndaş qəbulu keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların müvafiq sosial xidmətlərə dair müraciətlərinə baxılıb. İştirakçılar mənzil (fərdi ev) və avtomobil təminatı, reabilitasiya xidmətləri və vasitələri ilə təminat və s. mövzularla bağlı müraciət ediblər.
Əlavə öyrənilmə və yoxlanılma tələb edən məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5614, 5625) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.












