Selena Qomez, Cennifer Lopez və Şakira da daxil olmaqla dünyanın məşhur adları Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.
QHT.az xəbər verir ki, Amerikalı müğənni və aktrisa Selena Qomez İnstaqramda 377 milyon izləyicisi ilə dağıntılar altından xilas edilən uşağın fotosunu və UNICEF-in yardım kampaniyasının linkini paylaşaraq, “Suriyada və Türkiyədə zəlzələdən zərər çəkənlər üçün ürəyim parçalandı ." ifadəsini işlətmişdir.
Şakira dağıntılar altından xilas edilən uşağın fotosunda Türkiyə və Suriyada baş verən zəlzələnin uşaqlar üzərində dağıdıcı təsirinə işarə edərək, yardım kampaniyasının linkini İnstaqram hesabında da izləyiciləri ilə paylaşıb.
ABŞ-lı müğənni və aktrisa Cennifer Lopez Türkiyə və Suriyadakı pərəstişkarlarına dəstək göndərdiyini ifadə edərək, "Bu, demək olar ki, 100 ildə regionda baş verən ən güclü zəlzələdir" paylaşımını edib. Öz ardıcıllarını UNIFEC-in ianə kampaniyasına yönəldən Lopez zəlzələdən zərər çəkmiş uşaqların ehtiyaclarını ödəmək üçün köməyə çağırıb.
Məşhur hind aktrisası Cennifer Vinget Twitter hesabında zəlzələ bölgələrindən olan görüntüləri böyük kədərlə izlədiyini və həlak olanlar üçün dua etdiyini bildirib.
Çəkildiyi serialları ilə tanınan amerikalı aktrisa Lana Parrilla Türkiyə və Suriya cəmiyyəti üçün dua etdiyini deyib: “Bu xarabalığa görə çox üzgünəm. Bunu təsvir etməyə söz tapa bilmirəm”.












