Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün Balaxanı qəsəbəsinə ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində iştirakçılar Balaxanının tarixi məkanlarını ziyarət edib, qəsəbənin küçələrində nümayiş etdirilən sənət nümunələri və divar rəsmləri ilə tanış olublar.
Eyni zamanda benefisiarlar üçün müxtəlif mədəni və əyləncəli fəaliyyətlər təşkil olunub.
Qeyd edək ki, bu cür tədbirlər əlilliyi olan şəxslərin asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi məqsədilə həyata keçirilir.












