Qlobal inkişaf sektorunda maliyyə üzrə müxtəlif vəzifələr mövcuddur. Büdcə köməkçisindən investisiya mütəxəssisinə qədər bu sahədə çalışanlar maliyyə idarəçiliyi və inkişaf layihələrində mühüm rol oynayırlar.

QHT.az xarici mediaya istinadən bildirir ki, maliyyə mütəxəssisləri büdcələrin hazırlanması, maliyyə hesabatlarının aparılması, auditə dəstək, donor qrantlarına nəzarət, maliyyə planlaşdırılması və proqnozlaşdırılması ilə məşğul olurlar.

Bu sahədə çalışanlar həmçinin iqtisadi artımın dəstəklənməsi, maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi və maliyyə sistemlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərirlər.

Son dövrlərdə inkişaf maliyyəsi, qarışıq maliyyələşdirmə və təsir investisiyaları da yeni iş imkanları yaradıb. Bu vəzifələrdə mütəxəssislər investisiya imkanlarını qiymətləndirir və alternativ maliyyə mənbələrinin cəlb olunmasına kömək edirlər.

Maliyyə, analitik düşüncə, büdcə idarəçiliyi və hesabat hazırlama bacarıqları bu sahədə karyera qurmaq üçün əsas üstünlüklər hesab olunur.