Bu gün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür.

Azərbaycanda 130 mindən çox müəllim 1,6 milyondan artıq şagirdin təhsili ilə məşğuldur. 2026-cı ilin dövlət büdcəsində təhsilə 5 milyard manatdan çox vəsait ayrılıb.

Amma təhsilə və müəllimə ayrılan vəsaitə sadəcə xərc kimi baxmaq olmaz. Dünya Bankının hesablamalarına görə, əlavə bir il təhsil insanın gələcək qazancını orta hesabla təxminən 10% artırır.

Bu sadə iqtisadi zəncir çox şeyi ifadə edir:

Güclü müəllim → keyfiyyətli təhsil → yüksək insan kapitalı → yüksək əmək məhsuldarlığı → güclü iqtisadiyyat.

Neft və qaz tükənə bilər. İnsan kapitalı isə düzgün sərmayə qoyulduqda nəsildən-nəslə ölkənin sərvətini artırır.

Bu sərvətin təməlində isə MÜƏLLİM dayanır.

Bütün müəllimlərimizi ürəkdən təbrik edirəm.
Sizin əməyinizin nəticəsi bir dərs ilində deyil, bir ölkənin gələcəyində görünür.

Bayramımız mübarək dəyərli dostlar həmkarlar.

İqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli