Ötən mövsümün çempionu “Ərkivan” “Bakı Atletik”lə qarşılaşacaq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, AFFA-nın Həvəskarlar Liqasının son çempionu olmuş “Ərkivan” FK Bakı şəhərinin təmsil edən “Bakı Atletik” futbol klubu ilə mayın 7-də “ASK Arena”da qarşılaşacaq.
Komandamıza dəstək olmaq istəyən azarkeşlərə məlumat üçün bildirək ki, “ASK (Azərbaycan Sənaye Korparasiyası) Arena” stadionu (keçmiş adı “Şəfa” stadionu, İnter Arena) Bakı şəhəri, Heydər Əliyev prospekti, 136, ünvanında yerləşir.
Komandamıza uğurlar arzu edirik!
Akif AĞAYEV












