“Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyinin "Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsinin icrası davam edir.
Layihə rəhbəri Əli Babazadə QHT.az –a açıqlamasında bildirib ki, layihənin icra planına uyğun olaraq işlər davam edir: "Aidiyyəti qurumlarla əməkdaşlıq edilir, müvafiq əmək müqavilələri bağlanılıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailliyə dəstəyi ilə keçirilən layihə üzrə təlimdən keçirilir. Hər bir təlimin sonunda iştirakçılara sertifikat təqdim olunur. Təlimlər ətraf mühitin idarə edilməsinə giriş, su ehtiyatlarının, hava keyfiyyətinin, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik, iqlim dəyişmələri, ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi, ətraf mühitin öyrənilməsindən məsafədən aerokosmik tədqiqatların rolu mövzularını əhatə edəcək”.
Qeyd edək ki, 2 ay davam edəcək layihə iyul və avqust aylarını əhatə edəcək.
Pərvanə Fərhadqızı












