İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il ictimai sektor üçün əhəmiyyətli nailiyyətlərlə yadda qalıb.
QHT sədri vurğulayıb ki, həm ölkə daxilində QHT-lərin fəaliyyəti, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi sayəsində həyata keçirilən layihələr və tədbirlərin sayı 2024-cü illə müqayisədə artıb:
"Birliyin həyata keçirdiyi orta qrant layihələri çərçivəsində altı rayonda sahibkarlar üçün təlimlər təşkil olunub. Təlimlərdə 150-dən çox sahibkar iştirak edib və bu təşəbbüslər regionlarda rəqabətin artmasına, şəffaf iqtisadi münasibətlərin formalaşmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verib".
Eyyub Kərimli həmçinin beynəlxalq əlaqələrin gücləndiyini, Türk Dövlətləri QHT-ləri ilə birgə konfransların keçirildiyini və Xankəndi, Şuşa kimi bölgələrdə tədbirlərin təşkil olunduğunu bildirib:
"2026-cı ildə birliyin fəaliyyəti daha da genişlənəcək və ölkə iqtisadiyyatına dair rəy və təkliflər ictimaiyyətə təqdim olunacaq".












