Onlayn İctimai Nəzarət Platformasında 27.03.2023 – 15.05.2023 tarixləri müddətində keçirilən müsabiqə zamanı ən çox  müraciət göndərən Kamil Qasımov “Ən fəal vətəndaş” olaraq birinci yerin qalibi olub!

QHT.az xəbər verir ki, onun 37 yaşı var. Gəncə şəhərində yaşayır. Enezaret haqqında məlumatı sosial şəbəkədə görüb və Gəncə şəhərində olan problemləri çəkərək platformaya göndərib. Qeyd edək ki, o “Fəal vətəndaş-5”  müsabiqəsində də ikinci yerin qalibi olmuşdur.


İkinci yerin qalibi Cavad Salmanlıdır. Onun 32 yaşı var, Bakı şəhərində yaşayır. Qeyd edək ki, o “Fəal vətəndaş-2”, “Fəal vətəndaş-3”, “Fəal vətəndaş-5”  müsabiqələrində də birinci yerin qalibi olmuş və “Fəal vətəndaş-4” müsabiqəsində 2-ci yerin qalibi olmuşdur.
 

Üçünçü yerin qalibi Əliyev Rəcəbdir. Onun 18 yaşı var. O hal-hazırda Bakı Dövlət Universitetinin 2-ci kurs coğrafiya ixtisası üzrə tələbədir.

Qaliblərə sertifikatlar və hədiyyələr təqim edilib.