Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

 Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası 

və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.   

 Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.

 Əlavə məlumat veriləcək.