Fransanın Dövlət Şurası ölkənin yeni təyin olunmuş təhsil naziri Qabriel Attalın elan etdiyi məktəblərdə müsəlman geyiminə qoyulan qadağanı təsdiqləyib.

QHT.az xəbər verir ki, Müsəlmanların Hüquqlarını Müdafiə Assosiasiyası Dövlət Şurasından qadağanı ləğv etməyi xahiş edib. Hökumət sentyabrın 4-də dərs ilinin başlanması üçün vaxtında müsəlman geyiminə qoyulan qadağa ilə irəliləyəcək. Müsəlman geyimində məktəbə gələn şagirdlərin dərslərə qatılmasına icazə verilməyəcək və onlar dərsə buraxılmayacaqlar. Fransada dövlət məktəblərində və hökumət binalarında hər hansı dini və ya siyasi əlamətlər qadağandır.

 

Pərvanə Fərhadqızı