Fransa hökuməti rəsmi inkişaf yardımını (ODA) azaltmağı planlaşdırır. Ölkənin inkişaf yardımı büdcəsinin 2026-cı ildəki 3,6 milyard avrodan 2027-ci ildə 3,2 milyard avroya endirilməsi təklif olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, Fransa eyni zamanda gələcək inkişaf layihələri üçün öhdəliklərə ayırdığı vəsaiti 1,9 milyard avro (2,1 milyard dollar) azaltmağı planlaşdırır. Bu qərar qlobal səhiyyə proqramlarının, xüsusilə inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən layihələrin maliyyələşməsinə təsir göstərə bilər.
Fransa uzun illərdir qlobal səhiyyə və inkişaf proqramlarının əsas donorlarından biridir. Büdcə ixtisarı yeni layihələrin maliyyələşdirilməsini çətinləşdirə və mövcud proqramlarda maliyyə boşluğu yarada bilər.
Məqalədə həmçinin ABŞ–Zambiya səhiyyə razılaşmasının son vəziyyətinə toxunulur. Donor ölkələrin yardım büdcələrini azaltması fonunda qlobal səhiyyənin maliyyələşdirilməsi ilə bağlı narahatlıqlar artır.












