Nigeriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fondlar üçün pulsuz təlim proqramına müraciətlərin qəbuluna başlanılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Development Research and Projects Centre (dRPC) tərəfindən təşkil olunan proqram yerli QHT və fondların institusional imkanlarının gücləndirilməsinə yönəlib.
8 həftə davam edəcək onlayn təlim çərçivəsində iştirakçılara təşkilati idarəetmə, maliyyə dayanıqlılığı, xeyriyyəçilik və davamlı maliyyələşmə imkanları ilə bağlı bilik və bacarıqların aşılanması nəzərdə tutulur.
Təşkilatın məlumatına görə, proqram QHT-lərin fəaliyyətlərini daha effektiv qurmasına, mövcud resurslardan səmərəli istifadə etməsinə və uzunmüddətli maliyyə imkanlarını genişləndirməsinə dəstək verməyi hədəfləyir.
Təlim proqramının yerli vətəndaş cəmiyyəti təşkilatlarının institusional potensialının artırılmasına və sosial layihələrin daha davamlı şəkildə həyata keçirilməsinə töhfə verməsi gözlənilir.












