Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qaradağ Sosial Xidmət Mərkəzində xidmətlərdən yararlanan uşaqlar üçün Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı uşaqlar muzeydə nümayiş olunan eksponatlar və rəsm əsərləri ilə tanış olub, sənət nümunələri barədə ətraflı məlumat əldə ediblər.
Tədbir çərçivəsində əlilliyi olan uşaqlar üçün mühazirə, tematik ekskursiya və ustad dərsi təşkil olunub.
Ustad dərsi zamanı uşaqlar rəssamların çəkdiyi şəkilləri rəngləyərək öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.
Bu cür tədbirlər əlilliyi olan uşaqların mədəniyyət və incəsənət nümunələri ilə yaxından tanışlığının təmin edilməsi, dünyagörüşlərinin genişləndirilməsi, sosial bacarıqlarının və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.












