EOS Academy tərəfindən həyata keçirilən “School of Economics” layihəsi çərçivəsində 14 May 2023-cü il tarixində “Gənc İqtisadçılar Forumu 2023” baş tutdu.

Layihə çərçivəsində həyata keçirilən “Gənc İqtisadçılar Forumu 2023”-də gənclər tərəfindən aşağıda qeyd

olunmuş mövzular ətrafında hazırlanmış tədqiqatların təqdimatı və diskussiyası baş tutmuşdur.

1. Azərbaycanda qadın və kişilər arasında iqtisadi bərabərsizliyin səbəbləri üzrə təhlil.

2. Azərbaycanda gənclər arasında ekspatriasiya və daimi emiqrasiya meyilliliyi.

3. Azərbaycan Respublikasında layihələrin həyata keçirilməsində KOBİA-nın rolu.

4. Qarabağ iqtisadi rayonlarının mövcud potensialının qiymətləndirilməsi.

EOS Academy-nin təsisçisi və direktoru Fərid Rustamzadəaçılış nitqində“School of Economics” layihəsinin

uğurlarından danışıb və Azərbaycanda inklüziv sosial-iqtisadi inkişafa töhfə vermək üçün yerli iqtisadi və

sosial mövzularda ictimai müzakirlərin önəmini vurğulayıb.

Forumda çıxış edən layihə mentoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Empirik Tədqiqatlar

Mərkəzinin rəhbəri, Dosent Xətai Alıyev gənclərin müstəqil sosial-iqtisadi araşdırmalar aparmaq, təklif

sənədləri hazırlamaq və akademik bacarıqları sosial mühitdə inkişaf etdirmələri üçün lazımı resurslar və

bacarıqlarla təmin edilməsinin vacibliyindən danışıb.

Bunlarla yanaşı, forumun 2-ci hissəsindəgender bərabərliyi, beyin köçü, sosial rifah və sahibkarlığın inkişafı

kimi müxtəlif iqtisadi problemlərin həllinə yönəlik dəyirmi masa həyata keçirilmişdir. Ekspertlər və bir qrup

gəncin birgə müzakirələri əsasında yığılan təkliflərin növbəti aylarda siyasət təklifi olaraq hazırlanması və

mövcud qurumlara təqdimi planlaşdırılır.

Ümumilikdə 60-a yaxın şəxsin iştirakı ilə baş tutan forumda qonaqlar arasında iqtisadiyyat üzrə ekspertlər,

gənc tədqiqatçılar, yerli və beynəlxalq təşkilat nümayəndələri, müxtəlif dövlət orqanı nümayəndələri,

habelə, iqtisadiyyat tələbələrinin iştirakı qeydə alınmışdır.

Qeyd edək ki, 2016-cı ildə əsası qoyulmuş EOS Academy təşəbbüsü gənclərin təhsil həyatlarında özlərini

inkişaf etdirə biləcəyi alternativ təhsil platformasıdır. Bu platformadan yararlanan gənclər öz ixtisaslarına

uyğun şəbəkəyə çıxış əldə edə və ixtisaslaşmış mütəxəssislərlə birgə inkişaf edə bilirlər.

Əsas məqsədi gənclərin iqtisadiyyat sahəsində biliklərini inkişaf etdirmək və onlarda real iqtisadi hadisələri

təhlil etmə qabiliyyəti formalaşdırmaq olan və 8 ay davam edən “School of Economics” layihəsi müddətində

20-ə yaxın gəncin akademik səviyyədə fəaliyyəti dəstəklənmiş və mentor dəstəyi ilə ümumilikdə 4 elmi

məqalə ərsəyə gətirilmişdir. Həmçinin, aktual sosial-iqtisadi mövzularda 10 ictimai müzakirə və seminar

təşkil edilmiş, bu tədbirlərdə 100-dən çox insan iştirak etmişdir. Bununla yanaşı, gənclərin sosial-iqtisadi

mövzularda maarifləndirilməsi üçün izahedici videolar və kontentlər hazırlanmışdır və bu paylaşımlar

ümumilikdə 300000-dən çox insana çatmışdır.