“Hüquq və İnsan Haqları İnstitutu”
publik hüquqi şəxs tərəfindən
işə qəbul üçün müsabiqə elan edilir
İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs
Struktur bölmə: Kadr və sənədlərlə iş şöbəsi
Vəzifə: Tərcüməçi (ingilis – Azərbaycan – ingilis, hüquqi tərcümə üzrə mütəxəssis)
Vəzifə öhdəlikləri:
– elmi, hüquqi, tədris, təlim materiallarını, konfransların, iclasların, seminarların sənədlərini ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə etmək;
– tərcümələrin orijinalların leksik, üslubi və semantik məzmununa uyğunluğunu, istifadə olunan elmi-texniki termin və təriflərə münasibətdə müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək;
– müəyyən olunmuş müddət ərzində şifahi, yazılı, tam və ya qısaldılmış materialların tərcüməsi zamanı tərcümənin leksik, stilistik və məzmun etibarilə orijinala uyğun olmasını təmin etmək.
Namizədə olan tələblər:
Ali təhsil (xarici dil ixtisası üzrə olması arzuolunandır);
Hüquqi tərcümələr sahəsində ən azı 3 (üç) il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və ingilis dillərini səlis bilməi (rus dili arzuolunandır);
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından istifadə - orta səviyyə, İnternetdən istifadə - orta səviyyə;
Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarığı.
Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd edilməli və 06 fevral 2023-cü il (saat 11:00-dək) [email protected] email-nə göndərilməlidir.












