Mayın 19-da Hüquq və İnsan Haqları İnstitutu tərəfindən keçirilən 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqənin qaliblərindən Eynəddin Həbibov və Arzu Şükürova İnstitutda könüllülük fəaliyyətlərini müvəffəqiyyətlə başa vurdular.
QHT.az xəbər verir ki, bu münasibətlə İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə könüllülərlə görüşərək onlara sertifikatlarını təqdim edib.
Qeyd edək ki, könüllülərin hər ikisi BDU-nun Hüquq fakültəsinin tələbələridir.












