Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsi hüquqşünaslar üçün “İddia ərizələrinin hüquqi əsasları” mövzusunda təlim təşkil edir.
QHT.az xəbər verir ki, təlimin məqsədi iddia ərizələrinin hazırlanması zamanı hüquqi əsasların düzgün müəyyənləşdirilməsi, prosessual tələblərin tətbiqi və praktik nümunələr üzərində hüquqi biliklərin təkmilləşdirilməsidir.
Təlim haqqında məlumat:
-
Tarix: 27 fevral 2026-cı il
-
Vaxt: 09:00–13:00
-
Məkan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 125, Hüquq və İnsan Haqları İnstitutu
Kimlər iştirak edə bilər?
-
Hüquqşünaslar
-
Vəkillər
-
Hüquq ixtisası üzrə təhsil alan tələbələr
Qeyd edək ki, təlim ödənişsizdir. Yerlərin məhdud olması səbəbindən yalnız ilk qeydiyyatdan keçmiş 25 nəfər iştirak hüququ əldə edəcək. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Təlimdə iştirak etmək istəyən şəxslər 23 fevral 2026-cı il saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat və qeydiyyat linki institutun rəsmi səhifəsində yerləşdirilib.












