İndoneziyanın mərkəzində 36 yaşlı Siriati ilan tərəfindən udulmuş vəziyyətdə pitonun qarnında tapılıb.

QHT.az xəbər verir ki, bu, son bir ayda əyalətdə ikinci belə hadisədir. Siriati xəstə övladı üçün dərman almağa gedərkən itkin düşüb və daha sonra onun əşyaları Cənubi Sulavesi əyalətində tapılıb. Onun əri Adiansa yaxınlıqda böyük qarnı olan bir ilan görüb və kənd sakinlərinin köməyi ilə ilanın qarnını kəsib, Siriatinin cəsədini orada aşkarlayıblar. Bu kimi hadisələr nadir hallarda baş verir, lakin son illərdə İndoneziyada bir neçə dəfə insanların pitonlar tərəfindən udulması qeydə alınıb.

 

Pərvanə Fərhadqızı