Gəncə şəhərində 9 ay davam edən, 6 məktəb şagirdləri ilə təşkil olunmuş ingilis –dili məşğələlərinin yekun qiymətləndirilməsi oldu.
Bu barədə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib.
"Məşğələlər zamanı danışıq klubları təsis olunub, klub proqramı hazırlanıb, yaş qruplarına uyğun fəaliyyətlər təşkil olunub. Bu sahədə beynəlxalq təcrübədən öyrənilərək tətbiq edilib.
Məşğələlər peşəkar ixtisaslaşdırılmış müəllimlər tərəfindən keçirilib və onlardan bir çoxu beynəlxalq sertifikatlara malikdirlər."
Pərvanə Fərhadqızı












