Türkiyənin Adıyaman vilayətinin Kahta rayonunda 82 yaşlı kişinin sidik kisəsindən əməliyyatla 42 ədəd daş çıxarılıb.

 

QHT.az xarici mediaya istinadən bildirir ki, şiddətli qarın ağrısından şikayət edən Selim Bozkurt Kahta Dövlət Xəstəxanasına müraciət edib. Müayinələr zamanı xəstənin sidik kisəsində çoxsaylı daşların olduğu müəyyənləşdirilib. Daşların ümumi ölçüsünün təxminən 8 santimetrə çatdığı bildirilib.

 

Həkimlərin qərarı ilə xəstə əməliyyat olunub. Üroloq Op. Dr. İsmail Eyüp Dilek və onun rəhbərlik etdiyi tibbi heyət tərəfindən həyata keçirilən əməliyyat zamanı sidik kisəsindən 42 daş parçası çıxarılıb.

Əməliyyatdan sonra vəziyyəti yaxşılaşan Bozkurt xəstəxanadan evə buraxılıb.Kahta Dövlət Xəstəxanasının baş həkimi Uzm. Dr. Mustafa Akel əməliyyatın xəstəxanada uğurla həyata keçirilməsini yüksək qiymətləndirib. O, xəstəxananın mütəxəssis heyəti və texniki imkanları ilə bölgə sakinlərinə keyfiyyətli tibbi xidmət göstərməyə çalışdığını bildirib.