İranın Semnan vilayətində mədəndə baş verən partlayış nəticəsində altı şaxtaçı ölüb.

 

QHT. az  bildirir ki,   məlumatı Semnan vilayətinin qubernatoru Seyid Məhəmməd Rza Haşimi də təsdiq edib.

 

O qeyd edib ki, Əlborz kömür mədənində dağıntılar altında qalan altı fəhlənin meyiti tuneldən çıxarılıb.

 

Məlumatda həmçinin qeyd olunub ki, qəza 700 metrlik dərinliyi olan mədənin 400 metrliyində baş verib.