“Nurlu ömrün anları” tamaşası təqdim edilib
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Nurlu ömrün anları” tamaşası ilə iyulun 18-də Masallı rayonunda qastrolda olub.
Tamaşa Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunub.
Qeyd edək ki, 2013-cü ildə İrəvan teatrında səhnəyə qoyulan mənzum dram müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.
Səhnə əsəri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Akif AĞAYEV












