Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.
QHT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
İlk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.
Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.
Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.












